Prokurorluq Cabir Vəliyevin qəsdən öldürülməsi ilə bağlı məlumat yayıb

Sentyabrın 18-də İmişli rayonunun Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu Azad Mürsəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi evin həyətyanı sahəsində qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























