Narkotikdən istifadə edib taksiyə çıxdı, polis tərəfindən tutuldu

Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb


www.anews.az
Anews.az xəbər verir ki,Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub.
Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.
Qurumdan bildirilib ki, saxlanılan şəxs narkotik istifadə etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























