Gəncədə 55 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

Gəncə şəhərində yol qəzası baş verib.
Hadisə şəhərin Atatürk prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit tibbi ekspertizaya aparılıb. Araşdırma zamanı onun 1966-cı il təvəllüdlü Famil Zahid oğlu Ələkbərov olduğu məlum olub.
Qəza nəticəsində daha bir nəfər də xəsarət alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























