• $
  • €
  • ₽
  • ₺
  • £

"Məktəblinin Dostu" layihəsi nə qədər uşağı əhatə edəcək? - AÇIQLAMA

"Məktəblinin Dostu" layihəsi nə qədər uşağı əhatə edəcək? - AÇIQLAMA
21.09.2021 11:17
2021-2022-ci tədris ilində  "Məktəblinin Dostu" layihəsi 400 minə yaxın şagirdi əhatə edəcək, bunu " Məktəblinin Dostu " layihəsinin İctimaiyyətlə əlaqələri (PR) meneceri Nərgiz Kərimova anews.az-a açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Bakı  üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. Bu il "Məktəblinin Dostu" layihəsi üzrə 400 əməkdaş çalışacaq:

"Şagird sayına və məktəbin perimetrlərinə görə məktəblinin dostlarının sayı da dəyişir. Burada çalışmaq üçün yaşı 21-30 aralığında olan, Azərbaycan Respublikasının vətəndaşı, istənilən ali təhsilli şəxs "məktəblinin dostu” olmaq üçün müraciət edə bilər”,- deyə Nərgiz Kərimova məlumat verdi.

Layihənin PR meneceri bildirdi ki, məktəblinin dostları COVID-19 əleyhinə vaksinasiya prosesinə ilk qoşulanlardandır:

"Hazırda məktəblinin dostlarının 90 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib”, - deyə Nərgiz Kərimova məlumat verdi. 

"Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabrında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. "Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
 
Ləman Qasımova



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol