• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya-Gürcüstan müharibəsində həlak olan azərbaycanlı əsgər - Foto

Rusiya-Gürcüstan müharibəsində həlak olan azərbaycanlı əsgər - Foto
21.09.2021 21:30
Xaricdə yaşayan azərbaycanlılar vətəndaşı olduqları ölkələrin qatıldığı hərbi konfliktlərdə də iştirak ediblər. 

"Qafqazinfo" xəbər verir ki, belə soydaşlarımızdan biri də 2008-ci il avqustun 8-də Rusiya ilə Gürcüstan arasında tarixə "5 günlük müharibə” adı ilə düşən hərbi konfliktdə iştirak edərək həlak olan Rafiq Aslanovdur.

Rafiq Aslanov 1988-ci il dekabrın 26-da Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk muxtar dairəsinin Nefteyuqansk şəhərində azərbaycanlı ailəsində anadan olub. 

2007-ci il dekabrın 10-da o, Nefteyuqansk şəhər və Nefteyuqansk rayonunun birləşmiş hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Rafiq Aslanov hərbi xidmətini Kabarda-Balkar Muxtar Respublikasının Proxladnı şəhərində keçiririb. 

Orduda qumbaraatançı kimi xidmət keçən sıravi Aslanov öz bölməsi ilə birlikdə 2008-ci il avqustunda Gürcüstanın Cənubi Osetiya bölgəsində başlayan hərbi əməliyyatlara cəlb olunub.

O, müharibənin ilk günü – avqustun 8-də Tsxinvali şəhərində Rusiya Ordusu sıralarında döyüşərkən həlak olub. Ölümündən sonra "Cəsarətə görə” medalı ilə təltif olunub. 

Həmin döyüşlərdə Rafiq Aslanovun əkiz qardaşı Ramiz də aktiv iştirak edib. Rafiq Aslanovun anası Tatyana Petrovna Aslanova övladının barədə bunları söyləyib:

"2007-ci ilin dekbarında mənim iki oğlum – Rafiq və Ramiz həqiqi hərbi xidmətə çağırıldılar. Artıq çağırış məntəqəsində Rafiq təşkilatçılıq qabiliyyətlərini biruzə verdi. O, gənc əsgərlərin lideri olmuşdu. Rafiq həmişə hamı üçün nümunə idi, məktəbdə yaxşı oxuyurdu, idmçan və yaradıcılıq dərnəklərində əsas təşkilatçı idi”.
Ana oğlunun ölümü ilə bağlı detalları da bölüşüb:

"İlk kolonda qumbaraatançıları daşıyan zirehli transpartyor hərəkət edirdi. Həmin transpartyorda hər iki oğlum var idi. İlk zərbəni də həmin zirehli transpartyor aldı. Döyüşdən yalnız oğlum Ramiz sağ çıxıb. Onun sayəsində Rafiqin həyatının son dəqiqələri barədə məlumat ala bildik. Ailəm övladlarımla fəxr edir. Hərbi xidmətdən sonra Rafiq ya yanğınsöndürən ya da polis olmağı arzulayırdı. İndi nəvələrim böyüyür. İndi də ailəmizdə Rafiq var. Oğlum Ramiz oğluna həlak olmuş qardaşının adını verib”.

Rafiq Aslanovun xatirəsinə təhasil aldığı Nefteyuqans şəhər 3 saylı orta məktəbin foyesində xatirə guşəsi yaradılıb.

Rafiq Aslanov atasının doğma yurdunda Cəlilabadın Cəlairli kəndində dəfn olunub.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol