• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Bağırov hakimləri tənqid etdi

Anar Bağırov hakimləri tənqid etdi
22.09.2021 12:22
Vəkillər Kollegiyasının sədri Anar Bağırov məhkəmə hakimlərinə müraciət edib.


Anews.az xəbər verir ki, sədr son vaxtlar vəkillərin məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən narazı olduğunu bildirib.


O, qanunvericiliyin rədd edilən vəsatətin əsaslandırılmasını məcburi etdiyini bildirib:


"Bu kimi hallar ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və görülən işlərə kölgə salır. Vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Məhkəmə cinayət təqibi ilə bağlı məsələlərin hərtərəfli və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir”.


A.Bağırov dünya təcrübəsindən misal gətirərək bildirib ki, Strasburq Məhkəməsi hesab edir ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir:


"Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi bütün faktiki halların araşdırılmaması hesab edilir. Yəni müdafiə tərəfin əsaslandırılmış vəsatətinin məhkəmə tərəfindən heç bir səbəb və əsaslandırma olmadan rədd edilməsi həmin iş üzrə məhkəmə qərarının yuxarı instansiya məhkəməsində ləğv edilməsi üçün əsasdır.


Dəyərli vəkil həmkarlarımı bu cür hallara yol verildiyi halda, məhkəmələr qarşısında heç bir əsas və səbəb göstərilmədən rədd edilən vəsatətləri yenidən qaldırmağa və bu halları mütləq həmin qərarlardan verilən şikayətlərdə əks etdirməyə çağırıram”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol