• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: "Vətən qarşısında imtahandan əla qiymət alanlar..."

Zahid Oruc: "Vətən qarşısında imtahandan əla qiymət alanlar..."
22.09.2021 15:08
Yeni tədris ilinin başlanması münasibətiylə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Oruc Bərdə rayonunun Qaradəmirçi kəndində RİH rəhbəri Vidadi İsayev və təhsil nazirinin müavini İdris İsayevlə 320 yerlik yeni məktəbin açılışında iştirak edib. 

Millət vəkili qeyd edib ki, fərəhli haldır ki, məlum bəşəri bəladan sonra dərslər əyani formada davam etdiriləcək: "Bu məktəbdə təhsil alanlar millətimizin sabahıdır. Bu baxımdan yeni açılan məktəbdə təhsil alacaq bütün şagirdləri və müəllim heyətini təbrik edirəm".

Zahid Oruc çıxışında qeyd etdi ki, indiki tədris ilini biz Vətən Müharibəsinin birinci ildönümündə qarşılayırıq: " İşğal altında olan torpaqların azadlığı üçün başlanan savaş millətimizin qələbə əzmi ilə başa çatdı". Zahid Oruc qeyd etdi ki, qələbəni millətimizə bəxş edən bizim övladlarımız bu məktəblərdə formalaşıb, bizim keçmişimizi, qan yaddaşımızı öyrəniblər, bu illər ərzində vətənpərvərlik ruhunda formalaşıblar. Bunun sayəsində də onlar düşmən üzərinə qətiyyətlə getdilər.

"Biz hər birimiz arzulayırıq ki, təhsil alan şagirdlərimizin hamısı imtahanlarda ən yüksək nəticəni göstərsinlər. Bu, sadəcə arzudur. Ən böyük qiymət vətən, millət qarşısında alınan qiymətdir. Parta arxasından gələn gənclərimiz Vətən Müharibəsində böyük şücaət göstərdi. Bərdə uzun illər məcburi köçkünlərimizin dərdinə şərik çıxıb və Vətən Müharibəsinə də ən böyük töhfəni verən rayonlarımızdan biridir. Bərdənin müqəddəs şəhid və qaziləri öz qanları və canları ilə xidmətlərini göstərdilər. Biz ilk dəfədir ki, məhz təhsil ilini belə abu-havada qarşlayırıq".

Zahid Oruc sonda qeyd etdi ki, tezliklə işğaldan azad edilən ərazilərimizdəki məktəblərimiz də millətimizin xidmətində olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol