• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsində ingiltərəli jurnalistlə görüş olub

Dövlət Komitəsində ingiltərəli jurnalistlə görüş olub
22.09.2021 15:51
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İngiltərənin nüfuzlu "Faynenşl tayms” ("Financial Times")  qəzetinin müxbiri Ayla Cin Yaklini qəbul edib.
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonağa məlumat verilib.
 
Bu kateqoriyadan olan insanların  problemlərinin həlli ölkə başçısının sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara böyük qayğı və diqqət göstərir.
 
Qeyd olunub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.
 
Həmçinin bildirilib ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı əraziləri xarabalığa çevirib, Azərbaycan xalqının Şərqi Zəngəzurda və Qarabağda əsrlər boyu yaratdığı maddi-mənəvi irsi məhv etməyə çalışıb. İşğal və onun nəticələri, həmçinin Azərbaycanın hərbi-siyasi qələbəsindən sonra yaranan vəziyyət  barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında nüfuzlu və tanınmış jurnalistlərin obyektiv, dəqiq və qərəzsiz yanaşmasının vacib şərt olduğu vurğulanıb.
 
Ayla Cin Yaklin ölkəmizə səfərin məqsədi barədə məlumat verib. Bildirib ki, son 2 gün ərzində işğaldan azad olunmuş ərazilərə səyahət edib. Ağdam, Füzuli və Şuşa şəhərində olub. Quzanlıda məcburi köçkün ailələrlə görüşüb, onların həyat hekayələrini dinləyib.
 
Daha sonra qonağı maraqlandıran suallar cavablandırılıb. Görüşdən sonra qonaq Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksindəki iş mərkəzi və orada çalışan məcburi köçkünlərlə görüşüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol