• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Tərtər və Füzuli məktəbinin birincilərini məktəb ləvazimatları ilə təmin edib

“Nar” Tərtər və Füzuli məktəbinin birincilərini məktəb ləvazimatları ilə təmin edib
22.09.2021 16:59
22 sentyabr ilk dərs günündə "Nar” Vətən müharibəsi dövründə ermənilərin atdığı mərmilər nəticəsində zərər dəymiş məktəblərə dəstək olub. Mobil operator Füzuli rayonunun Aşağı Alxanlı, Aşağı Kürdmahmudlu, eləcə də Tərtər rayonunun Qapanlı və Soyulan kəndlərində yerləşən məktəblərin birinci sinfinə gedən şagirdlərini məktəb ləvazimatları ilə təmin edib. Bura 70-dən artıq məktəblinin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. 

"Nar” nümayəndələri məktəblilərlə görüşüb, hədiyyələri təqdim edib və onlara yeni tədris ilində uğurlar arzulayıblar. Görüşdə bildirilib ki, mobil operatorun əsas məqsədi müharibədən zərər çəkmiş təhsil ocaqlarına dəstək olmaqdır. 

Azərbaycanda təhsilə, uşaq və yeniyetmələrin inkişafına hər zaman dəstək olan "Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaq məqsədilə  uğurlu layihələr icra edib. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
 
"Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol