Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlanıb - RƏSMİ

Hazırda Azərbaycanda qocalar evində yaşayan ahılların sayı 180 nəfərdir, bu barədə anews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.
"Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün yalnız bir sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Müəssisəyə özünəqulluq qabiliyyətini tamamilə və ya qismən itirmiş, digər müəssisə sakinlərinin həyat və sağlamlığına təhlükə yarada biləcək psixi və əqli pozuntusu və ya yoluxucu xəstəliyi olmayan, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli yaxın qohumları və ya qanuni nümayəndələri olmayan tənha ahıl şəxslər qəbul edilir. Qocalar evində vəfat edənlərin cənasəzi qohumları olduqları halda onlara təhvil verilir. Əgər vəfat edən ahıl şəxsin kimsəsi yoxdursa bu zaman dəfn xərcləri dövlət tərəfindən qarşılanır", deyə nazirliyin sözçüsü bildirib.
Murad Həşimov pandemiya dövründə ahılların COVID-19 əleyhinə peyvəndlənməsindən danışdı:
Müəssisədə mütəmadi dezinfeksiya işləri aparılır. Ahıl sakinlərin koronavirusdan qorunması, onların sağlamlığının etibarlı mühafizəsi təmin edilir. Sakinlər tez-tez müayinə olunur, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir. Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müəssisədə sanitar-gigiyenik vəziyyətə daim ciddi nəzarət olunur. Müəssisədə vaksinasiya prosesi də aparılıb, sakinlərə peyvəndin hər iki dozası vurulub",- deyə mətbuat katibi əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























