• $
  • €
  • ₽
  • ₺
  • £

Medianın İnkişafı Agentliyində görüş keçirilib

Medianın İnkişafı Agentliyində görüş keçirilib
23.09.2021 17:30
Sentyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində görüş keçirilib.

Görüşdə Tvinninq layihəsinin "İctimai maarifləndirmə kampaniyasının aparılması” adlı komponenti çərçivəsində Bakıya səfər edən avstriyalı ekspertlər Thomas Hainlen və Manuela Hargassner-Delpos, rezident tvinninq əlaqələndiricisi Laurynas Totoraitis, eləcə də Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov iştirak edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyəti barədə məlumat verib. Mediada məişət zorakılığı məsələlərinin işıqlandırılması ilə bağlı müxtəlif məqamları müzakirə edib və bu sahədə jurnalistlərin məlumatlılığının artırılmasının əhəmiyyətini vurğulayıb.

Rezident tvinninq əlaqələndiricisi Laurynas Totoraitis isə media nümayəndələri üçün nəzərdə tutulan təlimlərin təşkilində MEDİA Agentliyinin rolunu xüsusi qeyd edib.

Görüş zamanı bildirilib ki, bu ekspert missiyası çərçivəsində məişət zorakılığı sahəsində ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqramın işlənib hazırlanması nəzərdə tutulub. Proqram Tvinninq layihəsinin ekspertlərinin dəstəyi və Dövlət Komitəsinin müvafiq əməkdaşları və media nümayəndələrinin iştirakı ilə işlənib hazırlanacaq.

Tvinninq layihəsinin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol