• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bu şəxslərin əmlakını müsadirə etmək istəyir

Azərbaycan bu şəxslərin əmlakını müsadirə etmək istəyir
24.09.2021 09:38
Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi xari­ci ölkələrdə yerləşən əmlakın müsadirə edilməsi, həmin əmlakın yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görüb.

Bu barədə idarənin rəisi Vüqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, ilk dəfə ola­raq məhkum edilmiş şəxslərin xaricdə olan əmlakların müsadirə edilməsi məqsədilə Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən 2 şəxs barəsində çıxarılmış məhkəmə qərarları və digər zəruri sənədlərin sorğu verilən xarici ölkələrin dillərinə tərcüməsi təmin edilib, təqsirləndirilən şəxsin adına Türkiyənin "Yapı Kredi Bank”ındakı hesabında 87 740,39 ABŞ dolları, Almaniyanın "Deutche Bank”ındakı hesabında 10 142 832,04 dollar və İsveçrənin kommersiya bankındakı 1 257 222 dollar məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməsi ilə bağlı həmin dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Fəaliyyət göstərdiyi müddət ərzində İdarə istintaq qurumlarının sorğusuna əsasən 35 sayda əmlakın o cümlədən, 3 torpaq sahəsi, 6 nəqliyyat vasitəsi, 26 daşınmaz əmlakın mövcud­luğunu yerində yoxlanılmaqla bazar kon­yunkturasına uyğun qiymətləndirib. Təqdim olunan məlumatlar əsasında sorğu verən istintaq orqanının qiymətləndirdiyi əmlakların üzərinə həbs qoyulub. (report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol