Azərbaycan üzərində olan peyklər ciddi problemlər yaradacaq - DEPUTAT

Kosmik şirkətləri olan Elon Maskın Azərbaycan üzərində 2 peyki var, bu da gələcəkdə Azərbaycanda sosial şəbəkələrin tənzimlənməsində problemlər yaradacaq. Bu sözləri Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən "Nizami Gəncəvi ili"nə həsr olunmuş "Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri sosial şəbəkərin tənzimlənməsidir. Dünyada "Starling və ya Elon Maskın şirkətlərinin 60 minə yaxın sputnik buraxması planlaşdırılır. Mən keçən həftə yoxladım həmin sputnikdən 2-si Azərbaycanın üzərindədir. Bu da o deməkdir ki, müəyyən müddət sonra vətəndaşlarımız hər hansı tənzimlənmələrdən kənar internet ala biləcək. Bu ölkədə bütünlükdə televiziya, internet tənzimləmə hüquqi rejim üçün çox ciddi çağırışlar yaradır", - deyə komitə sədri bildirib.
www.anews.az
























