• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda üç narkotacir saxlanılıb

Salyanda üç narkotacir saxlanılıb
24.09.2021 11:34
Salyanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Anews.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Ərəbqardaşbəyli kənd sakini, 48 yaşlı Salman Süleymanov saxlanılıb.


Onun üzərinə keçirilən baxış zamanı "patı” adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.


S.Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun avqust ayının 21-də Arbatan kənd sakini P.Vəliyevə məxsus dəyəri 310 manat olan alüminium profilləri oğurladığı da müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Fərid Əliyev və Lənkəran rayon sakini Mirhüseyn Ocaqov da rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunublar.


F.Əliyevin üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin, eləcə də heroin və marixuana, M.Ocaqovun idarə etdiyi nəqliyyat vasitəsindən isə marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Salyan Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol