Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir

Naxçıvanda "Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.
Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.
Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.
Qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























