Antonio Quttereş Azərbaycanın pandemiyaya qarşı qlobal təşəbbüslərini yüksək qiymətləndirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Anews.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Antonio Quterreşi BMT-nin baş katibi seçilməsi münasibətilə təbrik edib. Daha sonra tərəflər regiondakı son vəziyyəti müzakirə ediblər.
Nazir həmçinin Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd etdi və bunun qəbuledilməz olduğunu vurğuladı.
Antonio Quterreş Azərbaycanın dövlət başçısının QH sədri qismində irəli sürdüyü COVİD-19 pandemiyası qarşı qlobal əhəmiyyətli təşəbbüslərin yüksək qiymətləndirdiyini qeyd edib. Baş katib həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sayəsində Azərbaycanda milli səviyyədə görülən işləri təqdir edərək, BMT-nin bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edib.
Baş katib o cümlədən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının əhəmiyyətini vurğuladı.
O, Ermənistan Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























