• $
  • €
  • ₽
  • ₺
  • £

Anım Günündə məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunur

Anım Günündə məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunur
27.09.2021 09:43
Sentyabrın 27-si Azərbaycanda Anım Günü qeyd edilir. Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

Anews.az xəbər verir ki, şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - Heydər məscidində, Təzəpir məscidində, "Jen Mironosits” pravoslav kafedral kilsəsində, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda, Ağdam Cümə məscidində, Kəlbəcərdəki Xudavəng məbədində, Laçındakı Ağoğlan məbədində, Şuşadakı Yuxarı Gövhər ağa məscidində və digər məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunur, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dua edilir.


Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı xalqımız işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda dəmir yumruq kimi birləşərək dövlətimizin düşmənə layiqli cavab verməsinə nail oldu. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyin gücünü bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak etdilər. Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq həmrəy olduğunu bir daha nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bizə zəfər sevincini yaşatdı və Azərbaycanın qürur tarixini yazdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol