• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanın dörddə bir hissəsi su altında qalacaq” - Ekspert

“Azərbaycanın dörddə bir hissəsi su altında qalacaq” - Ekspert
16.05.2014 23:12
“Mən deyə bilərəm ki, qlobal istiləşmə getmir, əksinə soyuma prosesi gedir. Əgər söhbət şimaldan gedirsə, orada əriyən buzlaqlar, əksinə, bərpa olunub, hətta artıb. Qlobal istiləşmə termini 2006-cı ildən ləğv olunub. Ona görə də bütün bunlar cəfəngiyatdır”.

Bu sözləri “Axar.az”a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qlobal istiləşmənin yaratdığı fəsadlara münasibət bildirərkən söyləyib: “Ola bilər ki, ABŞ özündə olan hərbi silah vasitəsilə şimal qütbünün üzərində azon təbəqəsini dağıtsın və günəş şüalarını ora yönəltsin, buzlaqlar ərisin. Ancaq mən inanmıram ki, onlar Rusiyaya bata bilsinlər. Rusiyanın son dövrdə əldə etdiyi silahlar dünyanın heç bir dövlətində yoxdur. Onlar 1 dəqiqə ərzində 3-cü Dünya müharibəsinin taleyini həll edə bilər”. Ekspert hesab edir ki, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrin çoxu Afrika qitəsinə düşür:“İqlim dəyişməsində ən çox Afrika dövlətləri əziyyət çəkir. Sakit Okean üzərində ozon təbəqəsində dəlik var ki, məhz yerdə baş verən iqlim dəyişikliyinin əsas səbəbkarlarından biri də bu deşikdir. Əgər onu oynatsalar, dünyanın axırı olacaq”.  Ekoloq Telman Zeynalov iqlim dəyişməsinin Azərbaycan üçün nəticələrindən də danışdı: “Biz Rusiya ilə qonşu olduğumuza görə onlarda baş verən hadisə bizə təsirsiz ötüşməyəcək. Əgər onların ərazisindəki buzlaqlar ərisə, şimala doğru axan çayların əksəriyyəti cənuba doğru axmağa başlayacaq və Xəzər dənizinin səviyyəsinin 30-40 metr qalxmasına şərait yaradacaq. Bu da o deməkdir ki, Azərbaycanın 25-30 faizi suyun altında qalacaq”.  Xatırladaq ki, ABŞ ekspertlərinin verdiyi məlumata görə, hazırda istiləşmə ilə  əlaqədar olaraq buzlaqlar daha tez əriməyə başlayıb. Bu səbəbdən Afrika və Yaxın Şərq sakinləri artıq köç etməyə başlayıblar.  

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol