• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq deputatın obyektinə basqın oldu

Sabiq deputatın obyektinə basqın oldu
16.05.2014 22:42
Milli Məclisin sabiq üzvü Nazim Məmmədov ANS PRESS-ə hadisənin baş verdiyini təsdiq etdiSabiq deputat Nazim Məmmədovun obyektinə basqın olub.“Qanuni fəaliyyətini bərpa etmiş “Atahan Dəmir Sənaye” MMC-yə bu gün saat 12:00-də yenə də “qoçu dəstəsi”nin hücumu olub”.ANS PRESS-in məlumatına görə, bu məlumatı özünün Facebook səhifəsində həmin MMC-nin həmtəsisçilərindən biri olan sabiq deputat Nazim Məmmədov paylaşıb.N.Məmmədov bildirib ki, Binəqədi Mühafizə Polisinin, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının hadisə yerində olmasına baxmayaraq DİN-in mayor, polkovnik rütbəli zabitləri və əlavə 20 nəfər polis nəfəri “reket dəstəsi”nin Fariz, Çingiz, Vüqar adlı üzvlərinin qabağında aciz qalıb: “Biz təbii ki, rəsmi ərizələrlə müraciət etdik. Buradan çoxhörmətli daxili işlər naziri Ramil Usubova səslənirəm: xahiş edirəm ki, polislərin qorunması üçün tədbir görün!Əlavə olaraq onu da qeyd edim ki, 20 nəfər polisin yanında mənim telefonum da əlimdən alındı ki, heç yerə zəng etməyim”.

Milli Məclisin sabiq üzvü ANS PRESS-ə telefonla hadisənin baş verdiyini təsdiq etdi və vurğuladı ki, olay haqda həftənin 1-ci günü jurnalistlər üçün mətbuat konfransı keçiriləcək və orada baş verən insidentin digər detalları açıqlanacaq.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol