• $
  • €
  • ₽
  • ₺
  • £

2-ci “Orxan Zeynalov olayı”

2-ci “Orxan Zeynalov olayı”
16.05.2014 22:40
Moskvada Leonid Safyannikov miqrant tərəfindən qətlə yetirilibÖtən gün Moskva ətrafında yerləşən Puşkino qəsəbəsində “Spartak” futbol klubunun fanatı Leonid Safyannikov miqrant tərəfindən qətlə yetirilib.ANS PRESS-in məlumatına görə, bu qətl hadisəsi yerli sakinlərin etirazına və geniş rezonansa səbəb olub. Hadisə Safyannikovun iki miqrantla mubahisəsindən sonra yaranıb. Mubahisə zəminində miqrantlardan biri Safyannikova zərbə vurub və o, yerə yıxılarkən başı daşa dəyərək aldığı zərbədən ölüb.Müəyyən olunub ki, qətli törədən Özbəkistan vətəndaşı Jaxongir Əhmədovdur. O, hadisədən sonra Özbəkistana qaçsa da orada həbs olunaraq Moskvaya gətirilib.Mayın 15-də axşam Puşkino şəhərinin bir neçə min sakini “Spartak” klubunun azarkeşinin özbək miqrant tərəfindən öldürülməsinə etiraz olaraq küçələrə çıxıb. Miqrantın işlədiyi bazara hücum olub və ticarət köşkləri dağıdılıb.Bu gün isə Puşkino rayonunun administrasiyası bazarın bağlanması barədə qərar çıxarıb.“Lesnaya küçəsində yerləşən bazar birmənalı şəkildə bağlanacaq, çünki fəaliyyəti qanunsuzdur. Digər bu kimi ticarət obyektlərinin də fəaliyyəti dayandırılacaq”, - deyə rayon rəsmisi bildirib.Məlumata görə, iki gündür ki, Federal Miqrasiya Xidməti bazarda yoxlama aparır və 500-dən çox miqrant saxlanılıb. Onlardan 75-nin qeyri-leqal miqrant olduğu aşkarlanıb. Qeyd edək ki, Puşkino bazarında azərbaycanlılar da ticarətlə məşğul olurdu.

Xatırladaq ki, buna bənzər hadisə ötən ilin payızında Moskvada baş verib. Azərbaycan vətəndaşı Orxan Zeynalovun törətdiyi qətlə görə iğtişaşlar başlayıb və onun işlədiyi “Pokrovka” bazarı bağlanıb. Həmçinin bu hadisə Rusiyada miqrantlara qarşı hücumlara səbəb olub.

ANN.Az

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol