• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropolitenindən 2030-cu ilədək 51 yeni stansiyasının inşası ilə bağlı AÇIQLAMA

Bakı Metropolitenindən 2030-cu ilədək 51 yeni stansiyasının inşası ilə bağlı AÇIQLAMA
28.09.2021 10:04
Bakı şəhərinin inkişafı üzrə baş plana əsasən 2040-cı ilə kimi 20 stansiyanın inkişafı nəzərdə tutulub. Bu barədə anews.az-ın sorğusuna cavab kimi Bakı Metropolitenindən məlumat verilib.

"Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə görə metro stansiyalarının ümumi sayı 76 olmalıdır. Lakin elektrik deposu ərazisində daha 1 stansiya inşa ediləcək deyə bu say 77-ə qalxıb.
 
" Bu, sadəcə plandır. Planlar inşaata görə dəqiqləşdirilir və yenilənir. Layihədən sonra inşaatın öz sürprizləri olur. Geoloji işlər tam aparılsa belə, tikinti prosesində yenə dəqiqləşdirilir",-deyə rəsmi bildirib.
 
Hazırda Bənövşəyi xəttin "Xocasən" deposunda və eyni adlı stansiyada, şərti adı "B-04" olan stansiyada (Heydər Əliyev  adına idman- Konsert Kompleksinin arxa hissəsində) tikinti işləri davam edir. Sonrakı mərhələdə işlər Bənövşəyi xəttin "B-05" ( Cəfər Cabbarlı küçəsində yerləşən Azərbaycan Xarici İşlər Nazirliyi binasının arxasında), Yaşıl xəttin "Y-14" (Ağ şəhər), "Y-15" (Nobel prospekti Bakı Neft-Yağ Emalı zavodu ərazisində), Əhmədli yaşayış sahəsinin Xudu Məmmədov küçəsindəki "Həzi Aslanov-2" stansiyasında aparılacaq.

Son 10 gündə sosial şəbəkələr və xəbər portallarında 2030-cu ilədək 51 yeni stansiyanın inşa edilməsi ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
 
Metro tikintisinə qoyulan vəsaitlə bağlı qurumun rəsmisi əlavə edib ki, metro tikintisinə vəsait xətlərin hər kilometrinə çəkilən xərclərin həcminə görə müəyyən edilir. Buna görə, Bakı metrosu tikintisinə ən aşağı vəsait sərf edilən metrolar sırasındadır.

Son 10 ildə 3 metro stansiyası - Dərnəğül, Avtovağzal və 8 Noyabr istifadəyə verilib. Hazırda Bakı metrosunda 26 stansiya fəaliyyət göstərir.
 
Samirə Əli




















































www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol