Göygöldə kürəkənini bıçaqlamaqda təqsirləndirilən qaynatadan xəbər var!

Göygöl sakini Azər Məhərrəmovun qaynatası tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib. Bu barədə rayon prokurorluğundan məlumat verilib.
"Sentyabrın 25-i saat 22 radələrində Göygöl rayonu, Hacıməlik qəsəbəsində 1987-ci il təvəllüdlü Azər Məhərrəmova bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş qayınatası Amil İbrahimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Azər Məhərrəmova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib".
Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Amil İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























