Xaçmaz sakini tanışını 5 bıçaq zərbəsi ilə öldürmək istədi

Xaçmazda tanışını öldürmək istəyən şəxsə cinayət işi başlanılıb.
Bu barədə anews.az-a rayon prokuroluğundan məlumat verilib.
Belə ki, sentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğunda məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərşəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Mustafayevi bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Sentyabrın 26-da Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























