• $
  • €
  • ₽
  • ₺
  • £

DİN əməliyyat keçirdi- Bakıda 20-dən çox binada oğurluq edənlər tutuldu-VİDEO

DİN əməliyyat keçirdi- Bakıda 20-dən çox binada oğurluq edənlər tutuldu-VİDEO
28.09.2021 10:41
Bakıda hündürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən bir neçə əməliyyat həyata keçirilib. 

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Taleh Rəşidov və əmisi oğlu Samir Rəşidov saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxsin bu ilin may-sentyabr ayları arasında paytaxtın Binəqədi rayonunda yerləşən 21 hündürmərtəbəli binanın liftlərinin akkumlyatorlarını və əyləc dolaqlarını oğurladıqları məlum olub.
 
"Taleh və Samir Rəşidovlar ifadələrində oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını bildiriblər. Həmin metal qəbulu məntəqələrinin də sahiblərinin şəxsiyyətləri müəyyən edilib və onlar istintaqa cəlb ediliblər. Oğurlanan və metal qəbulu məntəqələrinə satılan liftlərin ehtiyat hissələrinin bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb",-DİN-dən bildirilib.

Rəşidovların oğurluq etdikləri binaların liftlərinə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurduqları məlum olub.
 
Suraxanı rayonunda da liftlərin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Böyükağa Hüseynov və qardaşı Nicat tutularaq istintaqa təqdim ediliblər. Onların ümumilikdə qəsəbə ərazisində binaların liftlərinə 3 min manata yaxın maddi ziyan vurduqları məlum olub.
Qeyd edək ki, saxlanılan zaman qardaşların üzərindən narkotik vasitələr də aşkar olunaraq götürülüb.

Göstərilən faktlarla bağlı Binəqədi və Suraxanı Rayon Polis İdarələrində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
Əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildiririk  ki, öz fəaliyyətlərini qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya "102” Zəng Mərkəzinə məlumat versinlər.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol