• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx postuna iddialı olanlardan - AÇIQLAMA

Şeyx postuna iddialı olanlardan - AÇIQLAMA
16.05.2014 18:14
Qafqazın şeyxi postu uğrunda tanınmış dindarlar arasında mübarizənin ilk simptomları artıq sezilməkdədir. 
ANN.Az-ın məlumatına görə, “Yeni Müsavat”ın son sayında gedən yazıda bu çəkişmənin tərəfləri haqda məlumat yer alıb. 
Qəzet iddia edib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülsilam Hacı Allahşükür Paşazadənin səhhətində ciddi problemlər yaranıb və onu əvəzləyəcək kadr axtarışına da start verilib. 
QMİ sədrliyinə isə iki iddialının adı hallanır - bunlar İçəri şəhər “Cümə” məscidinin axund Hacı Surxay Məmmədli və “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənlidir. Ancaq başqa bir namizəd var ki, bu adın üzərində Şeyx dayanır. 
Yazıda o da qeyd olunub ki, adları namizəd kimi hallanan Hacı Şahin və Hacı Surxay barədə mediaya kompromatlar ötürülməsi, onların barəsində qaralama kampaniyasının aparılması məhz bu şəxslərin QMİ sədrliyinə gedən yolunu bağlamaq məqsədilə olub. Hacı Şahinin cinsi dəyişmək barədə Xomeyninin fətvasını təkrarlamasına dair fikirlərinin mediaya sızdırılması isə məhz Hacı Surxay tərəfindən təşkil edilib.
Yazıda qeyd olunan iddia ilə bağlı AzNews.az-ın sualını cavablandıran Hacı Surxay Məmmədli isə barəsində yazılanları əsassız adlandırıb: “Bu yazılar təxribat xarakterlidir. Allah Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə o qədər ömür verəcək ki, o bundan sonra 70 il də layiqincə rəhbərlik etdiyi qurumun Şeyxi olacaq”. 
O, Hacı Şahin Həsənli haqda qara-piar apardığına dair yazılara da münasibət bildirib: “Bizim dosluq, qardaşlıq münasibətlərimizdə heç vaxt problem olmayıb. Biz qardaşıq və bundan sonra da bu münasibət davam edəcək. Heç kim bizim qardaşlığımıza sədd qoya bilməz”.
Hacı Şahin Həsənli isə bildirib ki, QMİ sədri Hacı Allahşükür Paşazadənin səhhətində ciddi problemlərin olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bununla bağlı İdarənin də rəsmi mövqeyi açıqlanıb və bildirilib ki, Şeyxin səhətində heç bir ciddi problem yoxdur: “Bir neçə gün öncə də QMİ-nin təşkil etdiyi tədbirdə Hacı Allahşükür Paşazadə də iştirak edib. Məsələnin bu şəkildə gündəmə gəlməsini məndə anlıya bilmirəm. Məncə, kiminsə nəsə uğrunda süni şəkildə mübarizə aparması görüntüsü yaradılır. Məni tanıyanlar bilir ki, heç zaman bu tip məsələlərə qarışmamışam. Bizim əsas amalımız, məqsədimiz dinimizi doğru şəkildə insanlara çatdırmaqdan ibarətdir. Azərbaycan dövlətçiliyinə xidmət etmək, ölkəmizin dini mühütünə kənar təsirləri neytirallaşdırmaq bizim əsas vəzifə borcumuzdur. Ümumiyyətlə bunu biz din xadimləri olaraq üzərimizə düşən vəzifə kimi hiss edirik. Görünür ki, bizim fəaliyyətimiz xaricdən bəzi qüvvələr tərəfindən təhrik edilir”. 
Ş. Həsənli deyib ki, süni şəkildə kimisə kiminləsə qarşı-qarşıya qoymaq istəyir, din xadimləri arasında müsbət əlaqələri pozmaq cəhdləri ortalığa atılır: “Bəzən bu cür gedən məlumatları verən mətbuatı da qınamaq olmur. Çünki bu səpkidə informasiyalar ötrülür və bunun əsasında nəsə yazılır. Fikrimcə, bu cür informasiya ötürənlərin arxasında radikal cəryanlar və bəzi dini məzhəblər dayanır”. 
Ş. Həsənli də Hacı Surxayla aralarında dostluq əlaqələrinin olduğunu söyləyib: “Hacı Surxayla da münasibətlərim çox yaxşıdır. Biz əksər tədbirlərdə görüşüb söhbətləşirik. Bizim münasibətlərimizdə heç bir problem və bunun yaranmasında da heç bir əsas da yoxdur”.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol