• $
  • €
  • ₽
  • ₺
  • £

Biologiya və jurnalistika ixtisası üçün ingilis dilində monolinqual dərsliklər hazırlanıb - FOTOLAR

Biologiya və jurnalistika  ixtisası üçün ingilis dilində monolinqual dərsliklər hazırlanıb - FOTOLAR
30.09.2021 18:00
Bakı Dövlət Universitetinin ingilis dili kafedrasının müəllimləri Səbinə İsmayılova və  Nigar Seyidova müxtəlif ixtisaslar üzrə dərsliklər hazırlayıb.
 
Anews.az-ın məlumatına görə, CELTA beynəlxalq müəllimlik sertifikatı sahibləri, filologiya üzrə fəlsəfə doktorları Səbinə İsmayılova və Nigar Seyidovanın "Professional English for Biology”, "Professional English for Journalism” və "The Essentials of Academic Writing” kitabları işıq üzü görüb.
 
"Professional English for Biology" dərsliyi biologiya,  "Professional English for Journalism" dərsliyi jurnalistika ixtisasında təhsil alan tələbələr, eləcə də həmin sahələrə marağı olan şəxslərin ixtisasları üzrə dil biliklərinin inkişafı üçün nəzərdə tutulur.  



"The Essentials of Academic Writing" dərs vəsaiti isə ingilis dilində yazı bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər, bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil alan tələbələr üçün faydalıdır.


 
Gənc müəllimlərin "Riyaziyyat üçün Professional İngilis Dili" (Professional English for Mathematics) adlı ilk kitabları 2018-ci ildə işıq üzü görüb. Kitab nisbətən yüksək ingilis dili biliklərinə malik olan, riyaziyyat ixtisası üzrə təhsil alan tələbələr və riyaziyyata xüsusi marağı olan insanlar üçün nəzərdə tutulub. Dərslik ingilis dilində olduğuna görə, SAT imtahanına hazırlaşan insanların da istifadəsinə uyğundur. "Riyaziyyat üçün Professional İngilis Dili" (Professional English for Mathematics) kitabı 2021-ci ildə yenidən nəşr olunub. 
 
Hər bir  kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) var.
 
Kitab əldə etmək istəyənlər [email protected] və [email protected] mail ünvanına yaza bilər. 
 
Gənc müəllimlərə uğurlar arzulayırıq!



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol