Yeni tədris ilində təhsil alan tələbələrin sayı AÇIQLANIB

2021-2022-ci tədris ili ərzində ali təhsil müəssisələrində
bakalavr üzrə 171.820, magistratura üzrə 16.920, orta ixtisas təhsili müəssisələrində
57.693, peşə təhsili müəssisələrində 24.623 tələbənin təhsil alacağı
proqnozlaşdırılır.
Bu barədə Təhsil naziri Emin Əmrullayev məlumat verib.
COVID-19 pandemiyası səbəbindən il yarım davam edən
onlayn tədrisdən sonra bu il sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin
I-IV sinifləri ənənəvi tədrisi, 29 sentyabrdan isə təhsil müəssisələrinin
bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil
müəssisələrində ənənəvi şəkildə tədris bərpa olunub.
Orxan Mirzəyev
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























