• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
29.09.2021 12:01
"Son günlər ölkəmizdə tutqun, yağmurlu payız günləri müşahidə edilir. Yayın davamlı quraqlığından sonra yağan yağış həm də çaylarımızı qidalandırır".

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Kürün yuxarı axınından, Qıraqkəsəmən məntəqəsindən keçən suyun həcmi ongünlük normadan 21 faiz çox olub, aşağı axınında, Kür-Şirvan məntəqəsində suyun səviyyəsi isə 10 sm artıb. Daha bol yağışlar ölkənin şimal və şərqində qeydə alınıb.

Onun sözlərinə görə, belə hava şəraiti havanın keyfiyyətinin yaxşılaşmasına, təmizlənməsinə, oksigenlə zənginləşməsinə səbəb olur: "Bu gün səhər saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 56 (aylıq normanın 33 faizi), Astarada 23, Şabran, Lerikdə 14, Yardımlıda 13, Göytəpədə 10, Quba, Biləsuvarda 9 (aylıq normanın 52 faizi), Qusarda 7, Neftçalada 6, Xaltanda 5, Ağdamda 5, Balakən, Naftalan, Beyləqanda 3, Qobustan, Sarıbaş (Qax), İmişli, Mingəçevirdə 2, Altıağac, Zaqatala, Bərdə, Yevlaxda 1 mm-dək olub".

Xidmət rəsmisi qeyd edib ki, Abşeron yarımadasında isə sutka ərzində yağışın həcmi iki aylıq norma miqdarında olub: "Məsələn, Maştağada 50 (aylıq normanın 222 faizi), Bakıda 26 (aylıq normanın 151 faizi), Sumqayıtda 13 mm (aylıq normanın 72 faizi) qeydə alınıb. Burada maraqlı tendensiya izlənilir. Son onilliklərdə Bakı şəhərində güclü yağışlı günlərin sayı artıb.

2016-cı il sentyabrın 28-i gün ərzində və 29-da Bakıda bu ay üçün güclü yağış yağıb, düşən yağıntının miqdarı 47 mm təşkil edib ki, bu da aylıq normadan 3 dəfə çoxdur. 2018-ci il sentyabrın 23-də cəmi 4 saat ərzində Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı 34 mm olub ki, bu da iqlim normasının 198 faizini təşkil edib. Dəyişən iqlimin təzahürləri gündəlik həyatımızda artıq daha çox hiss edilir”.
Umayra Tağıyeva ölkə ərazisində qeyri-sabit, fasilələrlə yağmurlu hava şəraitinin oktyabrın 1-dək davam edəcəyini bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol