Cərrah Niyazi Eminovun son vəziyyəti AÇIQLANIB

Koronavirusa yoluxan tanınmış cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.
Bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, həkimlər Niyaz Eminovu süni komadan ayıldıblar: "Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Uzun fasilədən sonra ailəsi ilə əlaqə saxlayıb, danışıblar”.
Niyazi Eminov bir müddət əvvəl COVID-19-a yoluxub. Vəziyyəti ağır olduğuna görə süni tənəffüs aparatına qoşulmuşdu. O, əvvəlcə "Yeni Klinika"da müalicə olunub. Daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























