Teatr və kinoteartlar uzun fasilədən sonra açılır: hazırlıq işləri necə gedir?

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən konfrans, konsert zallarının, kinoteatrların, teatrların fəaliyyəti bərpa olunur. Amma bu, müəyyən məhdudiyyətlərlə nəzərdə tutulub. Belə ki, zalların ümumi tutumunun 50 faizindən çox doldurulması qadağan olunub.
Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Nazimqızı vurğulayıb ki, artıq tamaşaların məşqlərinə başlanılıb: "Əvvəlcə məşq və aktyorların hazırlıq prosesi olacaq. Tamaşa planı qurulacaq. Oktyabr ayının məşq planı hazırlanıb. İki yeni tamaşa və köhnə tamaşaların səhnə məşqləri olacaq. Oktyabrın 1-dən teatrsevərlərimizə tamaşalarımızı təqdim edəcəyik. Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlərimiz isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuarımızdakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər”.
Şəki Dövlət Dram Teatrından bildirilib ki, mədəniyyət ocağı yeni əsərlərin tamaşaya qoyulması ilə bağlı işləri sürətləndirib: "Teatrda ilin sonuna qədər iki əsər məşhur İtaliya dramaturqu Karlo Qoldoninin "Məzəli Hadisə” ( rejissor Orxan Həmidli) və çex yazıçısı Karel Çapekin məşhur "Ana” (baş rejissor Mirbala Səlimli) əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusunda yazılan dünyanın ən məşhur əsərlərindən olan "Ana” əsəri həm də 44 günlük vətən müharibəsinə həsr olunub. Ən qısa zamanda ərsəyə gətirilməsi planlaşdırılan səhnə əsərləri uzun müddət teatrdan uzaq qalan tamaşaçıların da ürəyincə olacaq. Ötən müddət ərzinə teatr kollektivinin 80%-dən çoxu peyvənd olunaraq COVID-19 pasportu alıb. Qeyd edək ki, xüsusi karantin rejimi çərçivəsində yumuşalma tədbirlərinin tətbiqindən sonra fəaliyyətə başlayacaq teatrda həm tamaşaçı sayının az olması, həm də mövcud vəziyyətdən çıxmaq məqsədi ilə bilet qiymətlərində 50% artım olacağı da gözləniləndir".
"Cinemaplus” kinoteatrlar şəbəkəsinin marketinq direktoru Nara Həsənova qeyd edib ki, oktyabrın 1-i üçün hazırlıqlar həyata keçirilir:
"Repertuarımız oktyabrın 1-nə yaxın hazır olacaq. Bizim kinoteatrların çoxu iri ticarət mərkəzlərinin içində yerləşdiriyi üçün biz tamaşaçılardan COVID-19 pasportu tələb etməyəcyik. Çünki artıq ticarət mərkəzinə girəndə onlar pasportları göstəriblər. Kinolardan sonra zallar dezinfeksiya ediləcək. Həmçinin zalların 50 faizindən çox olmaması tələbinə əməl olunacaq”.
"Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev deyib ki, kinoteatrda təmizlik və texniki işlər başlanılıb: "Oktyabrın 1-dən fəaliyyətimizi bərpa edirik. Hazırda repertuarla bağlı məsələlər dəqiqləşdirilir. Hazır olduqda veb saytımıza qoyulacaq. Girişdə tamaşaçılardan COVID-19 pasportu ilə birgə şəxsiyyət vəsiqəsi də tələb olunacaq”.
Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı bildirib ki, proqram üzrə hazırlıq işləri gedir: "Reperturımız hələ dəqiqləşməyib. Konsert zalı dezinfeksiya edilib, konsertlərdən sonra da ediləcək. Saraya giriş yalnız COVID-19 pasportu ilə olacaq. Zalda tamaşaçılar arasında məsafə qorunacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























