• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı Metropoliteni" həftəsonları necə fəaliyyət göstərəcək?

"Bakı Metropoliteni" həftəsonları necə fəaliyyət göstərəcək?
29.09.2021 13:49
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 sentyabr tarixli 280 nömrəli "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları sərnişindaşıma fəaliyyəti göstərəcək.

Bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.

Bildirilir ki, həftəiçi olduğu kimi, istirahət günlərində də metropolitenin stansiyaları saat 06:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq. Qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub. Bu səbəbdən qatarlararası interval "Qırmızı" xəttin "28 May-Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. "Yaşıl" və "Qırmızı" xətlərin kəsişərək birləşdiyi müştərək sahəsi olan "28 May” stansiyasından sonra, "İçərişəhər” və "Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq.

"Bənövşəyi" xətdə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək.

Pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən təlim-tədris ocaqlarının fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftəsonları davam etdiriləcək. Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq. Zərurət olduqda, mümkün optimal texniki qərarlar veriləcək. Bu xüsusda ehtiyaca uyğun olaraq "Nərimanov” elektrik deposunda nəzərdə tutulan ehtiyat qatarlar xəttə buraxılacaq.

"Bakı Metropoliteni” QSC sərnişinlərinin nəzərinə bir daha çatdırır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi növbəti yumşalma tədbirlərinin müsbət nəticələrini qorumaq hər birimizdən asılıdır. "COVID-19” virusu ilə əlaqədar xüsusi karantin rejimi davam etdiyindən metodiki göstərişlərin, həmçinin sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət edilməsi vacibdir.

Koronavirusla mübarizədən yalnız birlikdə qalib çıxa bilərik.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol