Daxili Qoşunların zabiti qəza törətdi: yaralananlar var

Azərbaycanda hərbçilər qəzaya düşüb.APA-nın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – leytenant Orxan Qurbanov və kiçik çavuş Əzəmət Məmmədov xəsarətlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























