Bu xəstəxanada saxta “COVID-19” pasportu ilə bağlı cinayət işi BAŞLANILIB

"Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta "COVİD-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
"Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq "COVİD-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Ağstafa rayon prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta "COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanmışdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























