• $
  • €
  • ₽
  • ₺
  • £

Saatlıda sakinlərlə İcra Hakimiyyəti arasında nə baş verib? - VİDEO

Saatlıda sakinlərlə İcra Hakimiyyəti arasında nə baş verib? - VİDEO
29.09.2021 16:24
Sosial şəbəkələrdə bir qrup Saatlı sakininin rayonun kəndlərində su probleminə etiraz etməsi ilə bağlı videogörüntülər yayılıb. Bildirilir ki, vətəndaşlar bir neçə ildir ki, susuzluqdan əziyyət çəkirlər. Sakinlər yolu bağlamağa cəhd edən zaman hadisə yerinə polislə bərabər, rayon İcra Hakimiyyətinin başçısı da gəlib.
 
"Qafqazinfo” görüntülərlə bağlı Saatlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi Ruhid Əzizov saytımıza bildirib ki, su probleminin həlli üçün Kürdən beton kanalla rayona su çəkilməlidir: "Bununla bağlı Prezident layihə hazırlanması üçün göstəriş verib. Bildiyiniz kimi, Saatlı rayonunun su mənbəyi Araz çayındandır. Araz çayında su o qədər aşağı düşüb ki, su ilə təminatda çox çətinlik var. Susuzluq problemi yaşayan kəndlər də Saatlının axırında yerləşir. Belə ki, 7 kənd susuzluqdan həmişə əziyyət çəkir. Bunlar Çolpu, Nabatkənd, Orta Muğam, Soltanabad, Mircəlalkənd, Nəsimikənd və Smadakəndləridir.
Onlar sudan həm içmək, həm də suvarma məqsədilə istifadə edirlər. Biz kəndlilərin su çətinliklərini nəzərə alıb kəndlərə su maşınları cəlb etmişik. Gündəlik olaraq vətəndaşlara pulsuz su paylanılır. Hər kəndə 1 ton su paylanılır. Həmin kəndlərdə kanalda su olmadığı üçün su maşınları daha uzaq məsafədən suyu daşıyırlar”.

R. Əzizov qeyd edib ki, rayonda hava 5-6 aydır ki, quraq keçir, yağış yağmır: "Artıq payız gəldiyinə görə yağışlar mövsümü başlaya bilər. Bu zaman Arazda su olacaq. Susuzluq problemi həmişə yay aylarında müşahidə edilir. Bu, bizim rayonda qlobal problemdir. Layihə təsdiq olunub maliyyə ayrıldıqdan sonra onun yekunlaşması bir müddət çəkə bilər. Çünki beton kanalın uzunluğu 17,3 kilometrdir. Ümid edirik ki, yaxın zamanlarda məsələ öz həllini tapacaq”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol