Sabahdan bu qadağalar ləğv edilir-SİYAHI

Sabahdan Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunur.
Anews.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.
Əlavə olaraq, oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib:
- istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti;
- ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;
Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola bilərlər.
Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.
Həmçinin, çox sayda insanın uzun müddət qapalı yerdə toplaşmasının koronovirus infeksiyasının yayılmasına münbit şərait yaratması nəzərə alınaraq, insanlar arasında COVID-19 virusuna yoluxma riskinin azaldılması məqsədilə şəhər və rayonlar arası müntəzəm sərnişin daşımaları ilə bağlı qərar qəbul edilib.
COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə ("Check App”) vasitəsi ilə həyata keçiriləcək. Sözügedən tətbiqetmə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb və 1 sentyabr tarixindən COVID-19 pasportu tələb olunan bütün məkanlarda istifadə edilir.
COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda COVID-19 pasportunun verifikasiyası prosesinin təşkili və həyata keçirilməsində baş vermiş pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























