• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabra olan hava proqnozu açıqlanıb

Oktyabra olan hava proqnozu açıqlanıb
30.09.2021 16:46
Oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-40 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 18-23, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacaq.

Şərqi Zəngəzur və Qarabağ bölgəsində havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 isti, gündüzlər 9-14, dağlıq ərazilərdə gecə 3-8 şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 49-56 mm) olacaq.

Qazax- Gəncə zonasında havanın orta aylıq temperaturunun 14-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14, gündüzlər 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan (norma 31-61 mm) bir qədər çox olacaq.

Balakən-Şəki zonasında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 isti, gündüzlər 13-18, bəzi günlərdə 20 dərəcə isti, dağlarda gecə 1-5 isti, bəzi günlərdə 2-6 şaxta, gündüz 5-8 isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-126 mm) olacaq.

Mərkəzi-Aran zonasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacaq.

Lənkəran- Astara zonasında havanın orta aylıq temperaturunun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilndədir. Gecələr havanın temperaturu 10-15, gündüz 17-22 isti, bəzi günlərdə 25 isti, dağlarda gecə 3-7, gündüzlər 7-12 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər cox (norma 96-274 mm) olacaq.

Bu ilin sentyabrı əsasən bol yağışlı hava ilə seçilib. Mövsümün ilk qarı sentyabrın 26-da gecə saatlarında ölkənin dağlıq ərazilərini nazik ağ örpəyə bürüyüb. Belə ki, Şahdağda qarın hündürlüyü 1 sm olub.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə  sentyabr  ərzində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 360, Qazax-Gəncə bölgəsində 158, Balakən Şəki zonasında 209, Lənkəran-Astara bölgəsində isə 179 faizini təşkil edib:

"Ay ərzində 6 dəfə dolu hadisəsi müşahidə edilib. Çoxillik meteoroloji müşahidələrə əsasən ay ərzində Bakıda ən çox düşən yağıntı 2016-cı ildə 139.1 mm qeydə alınıb, bu da iqlim normasının 809 faizini təşkil edib. Havanın temperaturu isə əsasən komfort göstəricilər ətrafında dəyişib. Bununla yanaşı, ayın əvvəli ilə sonu müqayisə edildikdə böyük temperatur fərqinin olduğu görünür. Belə ki, Bakıda bu ay üçün maksimal temperatur sentyabrın 2-də 36.1 dərəcə, ən aşağı temperatur isə sentyabrın 26-da 13.7 dərəcə isti olub. Ayın 24-dən sonra temperatur iqlim normasından 3 dərəcə aşağı enib”,- deyə Umayra Tağıyeva deyib.

Xidmət rəsmisi bildirib ki, ay ərzində Bakıda və Abşeron yarımadasında 61 mm miqdarında yağış yağıb, bu da aylıq normadan 3,5 dəfə çox olub:
 
"Yalnız ötən iki sutka ərzində Bakıda 46 mm (normanın 276 faizi) yağıntının qeydə alındığını nəzərə alsaq, sürüşmələrə meyilli ərazilərə təsirlərin müəyyən edilməsi vacib olardı”,- deyə o əlavə edib. 
 
Umayra Tağıyeva iqlim dəyişmələri fonunda artan təhlükəli hava-iqlim prosesləri, xüsusilə kommunal xidmət sahələrinin bu kimi hallara hazırıqlı olmasını tələb etdiyini vurğalayıb.
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol