• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəb bağlanması xəbərinə REAKSİYA

Bakıda məktəb bağlanması xəbərinə REAKSİYA
16.05.2014 13:36
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Xətayi rayonunda yerləşən 88 nömrəli məktəbin bağlanması xəbərləri ilə bağlı açıqlama veriblər. İdarənin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə BŞTİ tərəfindən sistemli tədbirlər həyata keçirilir:“Həmin tədbirlər çərçivəsində o cümlədən, məktəbin tutumu şagird sayını 2 dəfədən çox üstələdiyi, məsələn 600 yerlik məktəbdə 300-dən az şagird təhsil aldığı təqdirdə, həmin məktəbin şagird-müəllim heyətinin digər ümumtəhsil müəssisələrində yerləşdirilməsi, boşalmış məktəbdə isə sıxlığı yüksək olan və bu səbəbdən 2 növbəli rejimdə işləyən məktəblərin şagird-müəllim heyətinin yerləşdirilməsi nəzərdə tutulub”.İdarədən bildiriblər ki, bu günlərdə BŞTİ-nin tabeliyində olan bir neçə belə ümumtəhsil müəssisəsində, o cümlədən Xətai r-nu 88 nömrəli orta məktəbin pedaqoji heyəti ilə görüşlər keçirilib, müəllimlərə yaşayış yerləri nəzərə alınmaqla daha yüksək dərs stavkası olan məktəblərdə işləmək təklif edilib:“Şagirdlərə gəlincə onların valideynlərə uşaqların oxuduqları məktəbin 100-200 metr radiusunda yerləşən digər 3-4 məktəb seçmək imkanı olacaqdir”.Xatırladaq ki, Xətayi rayonunda yerləşən 88 nömrəli məktəbin bağlanması barədə xəbərlər yayılıb. Xəbərlərdə məktəbin türklərə satıldığı iddia edilib. Hətta müəllimlərə könüllü qaydada işdən çıxmaları barədə ərizə də yazdırıldığı yayılan məlumatlar arasında yer alıb. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol