• $
  • €
  • ₽
  • ₺
  • £

Cari ildə kitabxanaya nə qədər kitab gətirilib? - AÇIQLAMA

Cari ildə kitabxanaya nə qədər kitab gətirilib? - AÇIQLAMA
01.10.2021 13:22
Cari ildə kitabxanaya 12000 nüsxə ədəbiyyat daxil olub, ilin sonuna kimi bu göstəricinin artırılması nəzərdə tutulur. 2020-ci ilin göstəricisinə əsasən  isə Milli Kitabxananın fondu 4.619.345 nüsxə təşkil edib. 

Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirib.

Ötən il ərzində Milli Kitabxananın elektron məlumat bazasına 39234 ədəd tammətnli elektron resurs daxil olub. Bunlardan 10905 resurs kitab, dövri-mətbuat və dissertasiyaları, 28329 resurs isə tammətnli analitik biblioqrafik resursları əhatə edir. Kitabxananın elektron bazasında cəmi 1.292.289 resurs yerləşdirilmişdir. Və bu göstərici daim dəyişir, kitabxananın elektron bazasına hər gün xeyli sayda elektron resurs daxil edilir. Kitabxananın əməkdaşları elektron məlumat bazaları və virtual sərgilər hazırlayır ki, həmin sərgilərdə də elektron resursu olan ədəbiyyatlar üstünlük təşkil edir.”,- deyə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Mədəniyyət Nazirliyi kitabxanaların iş qrafikində dəyişiklik olmayacağını da bildirib. Kitabxanalar hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Bazar ertəsi kitabxananın istirahət günüdür. Nazirlər Kabinetinin müvafiq qərarında göstərildiyi kimi oktyabr ayının 1-dən hər iki doza vaksini vurduran şəxslər qapalı məkanlara, eləcə də Milli Kitabxanaya buraxılacaq. Milli Kitabxana eyni zamanda oxucu zallarının ümumi tutumunun 50 faizindən çox olmamaqla oxucuya xidmət edə bilər və yalnız COVID-19 pasportu olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) və COVID-19-a qarşı immunitet sertifikatı ola şəxslər kitabxanadan istifadə edə bilər. 

Milli Kitabxana bir il yarımdan çox davam edən pandemiya şəraitində də oxuculara onlayn xidmət göstərib. 

Nazirlər Kabinetinin 24 sentyabr 2021-ci il tarixli 280 nömrəli "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına və  Mədəniyyət Nazirliyinin 30 sentyabr 2021-ci il tarixli 117 nömrəli əmrinə əsasən Milli Kitabxana oktyabr ayının 1-dən  kitabxana binasında oxuculara xidmət etməyə başlayıb. 
 
Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol