Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşıb

"Koronavirusa yoluxan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin vəziyyəti daha da ağırlaşıb".
Bunu açıqlamasında M.Quliyevin vəkili Leyla Məmmədova deyib.
Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan sabiq icra başçısı hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
M.Quliyev ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.(report)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib