• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil zamanı bu sahələrə üstünlük veriləcək

Xaricdə təhsil zamanı bu sahələrə üstünlük veriləcək
01.10.2021 14:36
Xaricdə təhsillə əlaqəli daha çox texniki və texnoloji sahələrə, fundamental elmlərə üstünlük veriləcək.

Bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncam barədə danışarkən deyib.

"Prezidentin sərəncamı ilə hazırlanacaq "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın böyük bir hissəsi magistratura pilləsini əhatə edəcək. Bakalavr pilləsi üzrə də ən yüksək reytinqli ixtisaslar nəzərdə tutulacaq. Birinci siyahıda texniki, texnologiya elmləri ilə bağlı ixtisaslara üstünlük veriləcək. Ölkənin inkişafına daha çox töhfə verilməsi üçün önəmli olan sahələrlə bağlı seçim ediləcək. Birinci dövlət proqramı vasitəsilə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdaraq burada işləyiblər. Yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı məsələlər də diqqətdə olacaq”, - deyə nazir bildirdi. 
 
Nazir bildirdi ki, seçimin şəffaf, bütün maraqlı tərəflərin iştirakı ilə olmasının tərəfdarıdır. Proqramda ildə təxminən 300-400 nəfərin xaricə göndərilməsi nəzərdə tutulur.
 
Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol