• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu sahə üzrə kadr yoxdur - Nazirdən AÇIQLAMA

Azərbaycanda bu sahə üzrə kadr yoxdur -  Nazirdən AÇIQLAMA
01.10.2021 14:40
Təhsil Nazirliyində ölçmə və qiymətləndirmə sahəsi üzrə ən azı 15-20 kadra ehtiyac var.

Bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.
 
Nazirin sözlərinə görə, formal təhsil önəmlidir:
 
"Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyində bir neçə şəxsi çıxmaq şərti ilə testologiya və qiymətləndirmə sahəsi üzrə mütəxəssislər yoxdur. Azərbaycanda texniki biliklərə malik mütəxəssislərə ehtiyac böyükdür”,- deyə nazir çıxışında məlumat verdi.

Nazir dünyanın nüfuzlu ali təhsil müəssisəsində oxuyan şəxs iş tapmaqda çətinlik çəkməməli olduğundan da danışdı: 
 
"Məzun olandan sonra 300-dən çox yerə CV göndərsəm də, cəmi ikisi müsahibəyə çağırdı. Düşünmürəm ki, onlar məni çağırmamaqla alçaltdı  Məncə həmin vaxt üçün 298 yerdə mənə uyğun iş olmayıb. Yəni mən özüm də iş tapmaqda çətinlik çəkdiyim olub. Yeni proqramda isə ehtiyac əsasında göndərilirsə, yəqin ki, işlə təminatda da problem yaşanmayacaq. İşəgötürənin də öz maraqları olur. Nazirlikdə də kimisə işlə təmin etmək məsələsi yox, işləmək üçün müraciət edən şəxsin də öz istəkləri maraqlıdır. Düşünürəm ki, Azərbaycanda kifayət qədər iş yeri və işçiyə tələbat var”, - deyə nazir bildirdi. 
 
Nazir xaricdə təhsil alan məzunlarla bağlı layihələndirmə qrupunda koordinasiya mərkəzinin yaradılması planlaşdırıldığını da qeyd etdi. Onun sözlərinə görə, bu istiqamətdə məsləhət xidməti formatında ideya var, lakin proqram təsdiq olunduqdan sonra daha dəqiq nəsə demək mümkün olacaq.
 
Ləman Qasımova
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol