Bakıda tələbəyə "şamtutansan" deyən direktor bir gündə 67 müəllimi işdən qovdu - YENİLƏNDİ

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin işdən qovulan 67 müəllimi Ombusmana müraciət edib.
Ombusmanın mətbuat xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda onlara təqdim olunan rəsmi müraciət əsasında araşdırlma aparılır. Qanunvericiliyə uyğun olaraq 10 gün iş günü ərzində icraatda olan məsələyə münasibət bildiriləcək.
----------------------
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb.
Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.
Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib. O, birdən-birə bu qədər müəllimi Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. Təhsil Nazirliyinə üz tutan müəllimlərə isə belə bir qərardan nazirin xəbərinin olmadığı bildirilib.
İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildiriblər. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət ediblər.
Kollecin direktoru Nərmin Qaralova sabiq Baş Prokuroru Zakir Qaralovun qohumu kimi tanınır.
Nərmin Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. (Bakupost.az)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin mətbuat xidmətindən anews.az-a bildiribdilər ki, bu barədə növbəti həftə ictimaiyyətə məlumat veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























