• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın rayonlarında bu problem hələ də həllini tapmayıb

Azərbaycanın rayonlarında bu problem hələ də həllini tapmayıb
01.10.2021 18:07
Lənkəran rayonunun Xolmili kənd sakinləri yaşadıqları kəndə ictimai nəqliyyatın saat 18.00-dan sonra işləmədiyindən şikayətçidilər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbəsi isə bu işin özəl sektora tapşırıldığını deyir.

"Hər gün 17.30-da iş günüm bitir. Həmin vaxt bizim kəndə heç bir marşrut avtobusu işləmir. Bu səbəbdən hər gün taksidən istifadə etməli oluram. Əmək haqqımı demək olar ki, taksi puluna xərcləyirəm", bunu Lənkəranın Xolmili kənd sakini Aysel Əliyeva anews.az-a açıqlamasında bildirib.
 
Aysel Əliyevanın sözlərinə görə, əvvəllər şəhərin mərkəzindən qonşu kəndə işləyən marşrut avtobus 18.00-da Xomili kəndinə də gedirmiş. Amma Xolmili kəndinə işləyən marşrut avtobusun sahibi həmin marşrutdan şikayət edib və daha axşam saatlarında Xolmiliyə axşamlar avtobus işləmir.

"Sanki Xolmili ucqar kənddir. İllərdir, burda vəziyyət belədir. Axşam işdən çıxan camaat yollarda qalır, maşın axtarır",- deyə o, söyləyib.
 
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbəsindən anews.az-a verilən məlumata görə, müntəzəm və qeyri müntəzəm xətlər üzrə dövlət qurumunun sahibkara müraciəti əsasında müəyyən şərtlər nəzərə alınmaqla, marşrut xəttlər açıla bilir. Bu xəttlər də dövlət marşrutları kimi qanuni daşıma xəttləri hesab olunur. 

 "Elə şəhər mərkəzləri var ki, sərnişin axını çoxdur və ona uyğun olaraq gecə saat 12-dək sərnişin daşıma prosesi daha sıx şəkildə reallaşdırılır. Yəni avtobuslar arasında interval müddəti daha qısa olur.  Amma bəzi regionlarımızda  elə kəndlər var ki, şəhər mərkəzindən həmin kəndlərə, eləcə də kəndlər arası gediş-gəliş sıx deyil. Nəzərə almaq lazımdır ki, dövlət qurumunun bazasında avtobuslar yoxdur. Avtobuslar özəl sahibkarlara başqa sözlə, daşıyıcı şirkətlərə məxsusdur. Həmin o daşıyıcı şirkətlər də təbii ki, sərnişin axını olmayan, başqa sözlə desək, 2-3 sərnişini olan məntəqələrə axşam saat 6-dan sonra marşrutların sayını azaldır. Məsələn, axşam saat 6-dan sonra avtobus sayı 1-ə endirilir. Sahibkar avtobusa yanacaq israf edir, sürücüsünə maaş verir. Dövlət qurumu olaraq sahibkarlarla birgə xidmət göstərdiyimiz üçün, eləcə də qurumun balansında avtonəqliyyat vasitələri olmadığına görə, bu məsələlərdə sahibkarlar diqqətə alınır",-deyə qurumdan bildirilib. 

Dövlət Avtomobil Nəqliyyatı Xİdmətindən onu da söylədilər ki, Xolmili kənd sakinlərinin problemini diqqətdə saxlayacaq və onlara yardımçı olmağa çalışacaqlar.

Ekspert Elməddin Muradlı isə deyir ki, Xolmili kənd sakinlərinin rastlaşdığı problem Azərbaycanın bir çox bölgələri üçün də aktualdır. 

"Bu problem paytaxt Bakı daxil olmaqla, digər bölgələrdə də var. İctimai nəqliyyatın böyük bir hissəsi sahibkarların əlində cəmləşir. Əgər həmin sahibkarlar istər fərdi sahibkar kimi, istər hüquqi şəxs kimi ictimai nəqliyyat sahəsində çalışırsa və konkret marşrutlar üzrə işləyirlərsə, onlar dövlət tərəfindən qoyulan qaydalara əməl etməlidir. İctimai nəqliyyatın əsas prinsipi odur ki,onlar konkret saatda işə başlamalı və gecə müəyyən saatadək çalışmalıdır. Bölgələrdə təəsüflər olsun ki, nəzarət mexanizmi düzgün qurulmayıb. Avtovağzallar qalıb bir tərəfə, avtovağzaldan kənarda hərəkət edən fiziki şəxslər daha çoxdur və onların da heç kəsdən asılılğı yoxdur",-deyə ekspert bildirib.
 
Elməddin Muradlının sözlərinə görə, nəqliyyat sistemi ilə bağlı publik hüquqi şəxs qismində yeni bir dövlət qurumunun yaradılması nəzərdə tutulub ki, məhz həmin qurum mövcud problemləri nizamlayacaqdır. 

"Bölgələrdə köhnə avtobuslarla, qeyri peşəkar, intizamsız xidmət göstərilir. Avtobus parkının yenilənməsinə çox böyük ehtiyac var. Bu gün Bakıdan bölgələrə işləyən böyük tutumlu avtobusların əksəriyyəti 20 il və daha çox müddətdir istismar edilir. Avtobusların qiyməti çox bahadır. Məsələn,  Gürcüstanda 50 min manata alınan avtobus gömrük rüsumu, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi ödənildikdən sonra sahibkara  100-150 min manata başa gəlir. Azərbaycanda avtobus istehsalı olmadığı halda, gömrük və aksiz vergilərinin həcmi artırılır. Bu da sahibkarları çətin vəziyyətə salır", - deyə Muradlı əlavə edib.
 
Ekspert deyir ki, dövlət tərəfindən sahibkarlara ciddi dəstək verilməlidir.  Əgər xaricdən sahibkar öz istifadəsi üçün deyil, ictimai nəqliyyat daşıması  üçün avtobus gətirirsə, həmin şəxsə müəyyən güzəştlər edilməlidir. Bu məqsədlə Nazirlər Kabineti xüsusi qərar verməli və ya Milli Məclis qanunvericiliyə müəyyən dəyişikliklər etməlidir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov isə hesab edir ki, kəndlər arasında nəqliyyatın işini tənzimləmək üçün hökumət tərəfindən ciddi yoxlama-təftiş işləri aparılmalıdır.


Samirə Əli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol