• $
  • €
  • ₽
  • ₺
  • £

İlahiyyat İnstitunda əcnəbi tələbələr təhsil alır - Universitetdən AÇIQLAMA

İlahiyyat İnstitunda əcnəbi tələbələr təhsil alır - Universitetdən AÇIQLAMA
01.10.2021 17:49
2021-2022-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə 36 abituriyent "Dinşünaslıq”, 37 nəfər isə "İslamşünaslıq” ixtisasına qəbul olub ki, bu tələbələrin 3-ü əcnəbi tələbədir.  

Bunu Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) rektoru Aqil Şirinov anews.az-ın sorğusuna cavab olaraq bildirib.

"Aİİ-də bakalavr, magistr  və doktorant səviyyələri üzrə təhsil mövcuddur. Bu il Azərbaycan İlahiyyat İnstitutunun magistratura pilləsinə 3 tələbə, doktorantura pilləsinə isə 1 doktorant qəbul olub. Sevindirici haldır ki, qəbul planımız hər il tam dolur. Keçən il də bu, belə oldu. Ən yaşlı tələbəmiz  45 yaşında idi, keçən il magistratura pilləsinə qəbul olub. Ən gənc tələbəmiz isə bu il bakalavr pilləsinə daxil olan 17 yaşlı Aynur Bilalovadır”,- deyə rektor bildirdi. 

Aİİ-də tədris hazırda Azərbaycan dilində aparılır. Tədrisin ingilis dilində aparıldığı qrupların açılması üçün isə hazırlıqlar görülür: 

"Gələcəkdə ingilisdilli ixtisasların açılması planlarımız arasındadır. İnstitutda hazırda bakalavr pilləsi üzrə ərəb və ingilis dilləri tədris olunur. Magistratura pilləsi üzrə əlavə olaraq ibri dili də keçilir. Bundan əlavə, təkcə tədris proqramında olan saatlarla kifayətlənmirik. Tələbələrin dil səviyyəsinin daha da yüksəldilməsi üçün kurslar təşkil edirik. İnstitutda tədris həyata keçirən hər bir müəllim yerli alimlərdir, istər İslam mənbələrini, istərsə də dünyada mövcud olan digər böyük dinləri dərindən bilən kadrlarımız mövcuddur. Onların hər biri ixtisasları üzrə yerli və xarici universitetlərdə dərs deyə biləcək potensiala malik, ingilis və ərəb dillərində sərbəst mühazirə deyə biləcək alimlərdir”,- deyə institutun rəsmisi məlumat verdi. 

Aqil Şirinovun sözlərinə görə, bakalavr səviyyəsi üzrə islamşünaslıq və dinşünaslıq istiqamətləri var. "Dinşünaslıq” ixtisasında İslam dini ilə yanaşı, digər böyük dünya dinlərini tədris edilir. Böyük dinlərin tədrisi bəzən Dinlər tarixi fənnin daxilində, bəzən isə ayrı-ayrı tədris olunur. Magistratura səviyyəsinin dinlərin tarixi ixtisaslaşmasında bu dinlər ayrı-ayrı fənlər olaraq keçirilir:

""Din elmləri” dediyimiz, yəni təkcə müəyyən bir dini deyil, ümumilikdə, bütün dinləri öyrənən elmləri də tədris edirik. Buraya Din sosiologiyası, Din psixologiyası, Din fəlsəfəsi, Dinlər tarixi kimi fənləri nümunə göstərə bilərəm. "İslamşünaslıq” ixtisasında isə əsas məqsədimiz  İslam dininə dərindən yiyələn kadrlar hazırlamaqdır. Elə kadrlar ki, onlar  gələcəkdə din xadimi kimi fəaliyyət göstərə bilsinlər. Tədris zamanı tələbələrə klassik İslam elmləri öyrədilir. Bunlardan Qurani-Kərim, fiqh, hədis, təfsir, kəlam və digər İslam elmləri səhih mənbələrə əsasən tədris olunur. Fənləri tədris edərkən hansısa məzhəbi əsas götürmürük. İslamda mövcud olan bütün məktəblərin görüşlərini tələbələrə çatdırırıq. Tədris zamanı dərslər  normativ deyil, təsviri üsulla keçilir. Azərbaycan İlahiyyat İnstitutunda isə ölkəmizdə mövcud dinlər və dini məktəblər haqqında məlumatlar tələbələrə deskriptiv şəkildə çatdırılır. Bununla da ali təhsil müəssisəsi hər hansı bir məzhəbin tərəfini tutmamış olur. Bütün məktəblərin fikirlərini tələbələrə çatdırmağa çalışır. "İslamşünaslıq” ixtisası üzrə gələcəyin din xadimini hazırlayarkən onlara təkcə İslam elmlərini öyrətməklə kifayətlənmirik. "Dinşünaslıq” ixtisasında keçirilən Dinin fəlsəfəsi, Dinin sosiologiyası, Dinin psixologiyası, Dinlər tarixi, Məzhəblər tarixi və digər sosial elmlərə dair fənlər "İslamşünaslıq” ixtisasında da tədris olunur. Bundan əlavə, Multikulturalizmə giriş, Azərbaycan tarixi, Nitq mədəniyyəti, İnformatika fənləri də tədris olunur”,- deyə o, əlavə etdi. 

Aqil Şirinov həmçinin bildirdi ki, Aİİ-də təhsil tam ödənişsizdir. Burada tələbə təkcə təqaüdlə təmin edilmir. Tələbə, həmçinin dövlət tərəfindən ona verilən müəyyən imtiyazlarla da əhatə olunur. Bunlar ödənişsiz dərslik və geyim, yeməkpuludur. Dərsliklər universitet müəllimləri tərəfindən yazılıb. İnstitutun rəsmi uniforması vardır, bu isə dini geyim deyildir. Həm oğlanlar, həm də qızlar bu geyimlə pulsuz təmin olunurlar. Aİİ-də təhsilalanlar dövlət tərəfindən verilən təqaüddən əlavə semestr ərzində fərqlənərlərsə, digər təqaüd proqramlarından da yararlana bilərlər. Bunlar ümummilli lider Heydər Əliyev adına təqaüd, Şeyxülislam adına təqaüd, QMİ-nin təsis etdiyi akad. Vasim Məmmədəliyev adına təqaüd, Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis etdiyi təqaüdlərdir.

Azərbaycan İlahiyyat İnstitutu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il sərəncamı ilə yaradılıb.
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol