• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda jurnalistin evini yarıb qarət etdilər

Bakıda jurnalistin evini yarıb qarət etdilər
16.05.2014 11:59
“Qafqazinfo”nun redaktoru Günel Əbilovanın evində oğurluq hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, yeni ailə quran cütlüyün mənzilindən 600 manat pul, qızıl-zinət əşyaları və jurnalistə məxsus noutbuk oğurlanıb. 
Günel Əbilova bildirib ki, işdən qayıdarkən evin qapısının açıq olduğunu görüblər: “Dünən evə çatanda qapının açıq olduğunu gördük. Sonra da filmlərdə gördüyümüz səhnənin şahidi olduq. Evi alt-üst etmişdilər. 600 manat pul, toyda alınan qızılları və mənə məxsus olan noutbuku götürüblər. Dərhal polisə xəbər verdik və hadisə yerinə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin rəisi başda olmaqla bir qrup əməliyyatçı gəldi. Faktla bağlı araşdırma aparılır. İş birbaşa bölmənin rəisi Cavid Usubovun nəzarətindədir. Ümid edirəm ki, tezliklə oğrular tapılacaq”.
Günel Əbilova “kimdənsə şübhələnirsiz” sualına da cavab verib: “Düzü, Xətai rayonu, Gəncə prospekti 95 ünvanına 7 aydır köçmüşük. Hər gün evdən-işə, işdən-evə getdiyimiz üçün binada yaşayan bir qonşu ilə belə şəxsi əlaqəmiz yoxdur. Düşünürəm ki, bu sıradan bir oğurluq hadisəsi deyil. Yəni qapını döyüb, görüblər ki, evdə heç kim yoxdur, sonra daxil olublar silsiləsinə aid deyil. Kimsə bizi izləyib, hər gün işə nə zaman gedib-qayıtdığımızı öyrənib və işinin öhdəsindən peşəkarcasına gəlib”.
“Qafqazinfo” ümid edir ki, jurnalistin evini soyanlar tezliklə tapılaraq məsuliyyətə cəlb olunacaq. Ən azı jurnalistin silahı hesab olunan noutbuk tapılaraq geri qaytarılacaq.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol