• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil İnstitutundan iş dəftərləri barədə AÇIQLAMA

Təhsil İnstitutundan iş dəftərləri barədə AÇIQLAMA
01.10.2021 20:30
Təhsil İnstitutu ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlayıb.
İnstitutdan "Report"a verilən məlumata görə, dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.

"Daha öncə məlumat verdiyimiz kimi iş dəftərləri institut tərəfindən "Azərpoçt” MMC-nin məntəqələrində kütləvi satışa verilib. Valideynlər və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi "Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. Bu proses gündəlik monitorinq olunur. İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir.

Son statistik məlumatlara əsasən I sinif üçün nəzərdə tutulan iş dəftərlərinin 5000 ədədinin 1 oktyabr və əlavə 5000 ədədinin 2 oktyabr tarixinə qədər (cəmi 10000 nüsxə olmaqla) Bakı şəhəri üzrə bütün satış məntəqələrinə çatdırılması planlaşdırılıb. Növbəti həftə ərzində də ehtiyac yaranan bütün məntəqələr üzrə əlavə iş dəftərlərinin təmin olunması nəzərdə tutulub" - deyə bildirilib.

İş dəftərlərinin paylanması bütün satış məntəqələrinə yaxın yerləşən məktəblərin şagird sayına əsasən hesablanıb. İş dəftərlərinin tapılmasında yaranan çətinliyin əsas səbəbi alıcıların daha çox əsas mərkəzi məntəqələrə üz tutmasıdır. İş dəftərlərinin satışı "Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsində və bölgələrdə olan bütün məntəqələrdə həyata keçirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol