Gənclərin xaricdə təhsil almasına ehtiyac var - Deputat

"Xaricdə təhsil almaq mövzusu həmişə Azərbaycan üçün vacib məsələ olub”.
Deputat qeyd edib ki, tarix boyu Qərb düşüncəsində, Qərb texnologiyasında üstünlük özünü göstərib:
Sovet dönəmində SSRİ-dən kənara çıxmaq yox idi. İttifaqın ən nüfuzlu ali məktəbləri hansılar idisə, orada oxumaq mümkün olurdu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra bu prosesdən uğurla istifadə etdi. Minlərlə azərbaycanlı onun sayəsində SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil aldı.
Azərbaycan həmişə inkişaf etmiş dünya ölkələri ilə inteqrasiya şəraitindən istifadə edib. Bu gün də proses həyata keçirilir. Azərbaycan təhsilinin xarici təcrübəyə olan tələbatını yeni hazırlanacaq dövlət proqramının ödəyə biləcəyini düşünürəm. Əminəm ki, Azərbaycan gəncləri yenidən xaricdə təhsil alaraq ölkəmiz üçün faydalı sahələrin inkişafına töhfə verə biləcəklər və təhsil siyasəti daha aktiv, uğurlu şəkildə davam etdiriləcək”.
(modern.az)
www.anews.az
Bunu prezident İlham Əliyevin tapşırığı ilə gənclərin xaricdə təhsili üçün yeni dövlət proqramının hazırlanmasından danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərli deyib.
"Bizim isə üzərimizə düşən iş həmin üstünlüklərdən, texnologiyalardan lazımınca istifadə edib, özümüzü inkişaf etdirməkdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fasilələrlə xaricdə təhsil üzrə dövlət proqramları işləndi, bu istiqamətdə uğurlarımız artdı.
Yenidən Azərbaycan prezidentinin xaricdə təhsil üçün sərəncam imzalaması, tapşırıq verməsi o deməkdir ki, bu sahənin inkişafına ehtiyac var.
(modern.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























