• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid polkovnikin ailəsinin evi bərbad vəziyyətdədir - Video

Şəhid polkovnikin ailəsinin evi bərbad vəziyyətdədir - Video
01.10.2021 22:56
Şəhid polkovnik-leytenant Mehman Qənbərovun valideynlərinin yaşadığı ev bərbad vəziyyətdədir.

Anews.az  xəbər verir ki, İTV şəhidin ailəsinə baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Bildirilib ki, Ağdamdan didərgin düşmüş ailə Bərdənin Qaraağaclı kəndində uzun illərdir yararsız vəziyyətdə olan bu evə sığınıb. M.Qənbərov hələ sağ ikən şəraitsiz vəziyyətdə yaşaması ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, səsinə səs verən olmayıb.

"Rəhmətə gedəndən üç gün sonra idi. Biz dedik ki, evlə təmin edin ki, insanlar şəhidin evinə axın edir. Biz evlə təmin olunaq ki, belə yerə gəlməsinlər. Məktub gəldi ki, zirzəmidə yaşayanlar var, onlar evlə təmin olunsun, sonra siz də olunacaqsınız. Ondan sonra heç bir quruma müraciət etmədik”, - şəhidin qardaşı Cavid Qənbərov bildirib.
Şəhidin valideynlərinin sözlərinə görə, ötən bir il ərzində heç kim onlarla maraqlanmayıb.

Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, ailəyə Ağdam rayonundan ev təklif edilsə də, şəhidin valideynləri bundan imtina ediblər:
"Bu yaxınlarda beşmərtəbəli ev paylanıb. O evə gəlməkdən imtina etdilər. Onlar ancaq Bərdədən ev istəyirlər”.
Şəhidin ailə üzvləri onlara Ağdamda təklif olunan evdən imtina etmələrinin səbəbini Mehman Qənbərovun Bərdə Şəhidlər xiyabanında dəfn olunması ilə izah ediblər.

"Günaşırı uşağımla görüşürəm, ziyarət edirəm, söhbətləşirəm. Mən burdan uzaqlaşa bilmərəm. Bu ev də yox, çadırda da olsam, Mehmanın yaxınlığında olaram”, - şəhidin anası Məryəm Qənbərova qeyd edib.

Daha ətraflı videosüjetdə:
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol