Gürcüstanda seçkilər başladı

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
Anews.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Gürcüstan” yayıb. Məlumata görə, ölkədə seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb.
Qeyd olunur ki, mer vəzifəsinə 64 yer üçün 231 nəfər namizədliyini irəli sürüb. Bu şəxslər 21 partiyanı təmsil edir və 8-i müstəqil namizəddir. Namizədlərin yalnız 22-si qadındır. Hər şəhərdə səslərin yarıdan çoxunu qazanan namizəd qalib elan olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























