Direktorun 67 müəllimi işdən çıxarması xəbəri haqda - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecdə 67 müəllimin işdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir.
"Bu dəyişikliklər nəticəsində Kollecin işinin daha səmərəli və optimal qaydada təşkili məqsədilə bir sıra struktur bölmələri yenidən təşkil olunur və bu bölmələrdə çalışan müəllimlərə dərs saatları təklif edilir.
Hazırda struktur dəyişiklərin həyata keçirilməsi istiqamətində görülən işlər davam etdirilir".
www.anews.az
Bu barədə Anews.az-a tədris işləri üzrə direktor müavini Kamran Məsimov məlumat verib. O qeyd edib ki, Humanitar Kollec 2021-ci ildə publik hüquqi şəxs kimi qeydiyyatdan keçib və sözügedən təhsil müəssisəsində bununla bağlı bir sıra təşkilati dəyişikliklər həyata keçirilməkdədir:
Bundan əvvəl cəmi 1400 tələbəsi olan təhsil müəssisəsində dərs deyən müəllimlərin sayı 320 nəfər təşkil edib. Bu isə orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulmuş saylara uyğun deyil. Müəyyən edilib ki, Humanitar Kollecin müəllimləri arasında bəzi müəllimlər orta ixtisas müəllimlərdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























